Blinken ABŞ vətəndaşlarını Rusiyanı dərhal tərk etməyə çağırıb

Blinken ABŞ vətəndaşlarını Rusiyanı dərhal tərk etməyə çağırıb

30-03-2023 21:18 / Bu xəbər 861 dəfə oxundu

ABŞ vətəndaşlarını Rusiyanı dərhal tərk etməyə çağırıb.

Bu barədə ABŞ-ın Dövlət katibi Entoni Blinken çıxış edib.

"The Wall Street Journal”ın əməkdaşı, amerikalı Evan Qerşkoviç Rusiyada casusluqla bağlı cinayət işi üzrə saxlanılıb və həbs edilib. 

Blinken də bu çıxışı Qerşkoviç saxlanılması fonunda edib. 

"Rusiyada ABŞ vətəndaşlarını təhdid edən təhlükə ilə bağlı ciddi xəbərdarlıqlarımızı təkrar edirik", - deyə Dövlət katibi bildirib.

Martın 30-da Moskvanın Lefortovo Məhkəməsi Qerşkoviçi iki ay müddətinə həbs edib.

Rəsmi Kreml bildirib ki, Gerşkoviç cinayət başında yaxalanıb.

ABŞ bundan əvvəl də vətəndaşlarına Rusiyanı tərk etməklə bağlı bir neçə dəfə çağırış etmişdi.