Blinken qəfildən Kiyevə gəldi, şəhər mərkəzi bloklandı
06-09-2023 12:48 / Bu xəbər 906 dəfə oxundu
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken bu gün rəsmi səfərlə Kiyevə gəlib.
O, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.
"Qaynainfo" "Avropa həqiqəti”nə istinadən xəbər verir ki, hazırda amerikalı məmurun Ukraynanın paytaxtında olduğu məlumdur.
Media onun səfərinin mümkünlüyünü bir gün əvvəl öyrənsə də, ABŞ Dövlət Departamenti bu məlumatı təsdiqləməkdən imtina etmişdi.
Hazırda "Telegram" kanalları bloklanan şəhər mərkəzinin görüntülərini dərc edir.