Bloger bələdiyyə seçkilərinə qatıldı: "Mehmanla irəli!"

Bloger bələdiyyə seçkilərinə qatıldı:

08-11-2019 01:15 / Bu xəbər 2364 dəfə oxundu

Bloger Mehman Hüseynov bələdiyyə seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.

Bu barədə o, sosial şəbəkədə məlumat yayıb. 

O, Qaraçuxur bələdiyyəsinə namizədliyini irəli sürüb və noyabrın 7-də 31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasından imza vərəqələrini götürüb. 

Mehman Hüseynov namizədliyini irəli sürməyi Parlament seçkiləri üçün bir test adlandırıb. 

O, bələdiyyə seçkilərində qalib olacağına inandığını bildirib. Hüseynov seçkilərə "Mehmanla irəli" şüarı ilə qatılıb. 

Qeyd edək ki, bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək.