"Bloomberg": Lukaşenko Kremllə Rusiyaya qaçış imkanlarını müzakirə edib

15-08-2020 17:22 / Bu xəbər 2082 dəfə oxundu

Mətbuat rəsmi Kremllə danışıqların aparıldığını yazıb

Belarus prezidenti Aleksandr Lukaşenkonun ətrafında olan bəzi insanlar Belarus hakimiyyətinin devrilməsi halında ölkə rəhbərliyinin Rusiyaya qaçış imkanlarını müzakirə etmək üçün "Kremldəki adamları" ilə əlaqə qurublar. 

Bu barədə "Bloomberg" Moskvadakı iki mənbəyə istinadən xəbər yayıb. 

Avqustun 14-də Lukaşenko ölkəni tərk edə biləcəyi ilə bağlı ehtimalları rədd edib. 

"İlk olaraq qeyd edirəm ki, mən hələ sağam və ölkəni tərk etməmişəm”, – Minskdə, müşavirənin açılış nitqində A.Lukaşenko deyib. 

Avqustun 15-də Lukaşenko ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. 

Kremlin məlumatına görə, prezidentlər Belarusda yaranan bütün problemlərin tezliklə həll ediləcəyinə inandıqlarını və müttəfiq münasibətləri gücləndirmək öhdəliklərini bir daha təsdiqlədiklərini söyləyiblər. 

Nizami