BMT Baş katibi yeni pandemiyaya hazırlaşmağa çağırıb

BMT Baş katibi yeni pandemiyaya hazırlaşmağa çağırıb

27-12-2021 13:32 / Bu xəbər 1084 dəfə oxundu

BMT Baş katibi Antoniu Qutyerreş COVID-19 pandemiyasının bəşəriyyət üçün sonuncu olmadığını və yenisinə hazırlaşmağın zəruri olduğunu bildirib. 

Bu barədə o, özünün "Tvitter" hesabında məlumat verib. 

"COVID-19 bəşəriyyətin qarşılaşdığı sonuncu pandemiya olmayacaq. Biz səhiyyə sahəsindəki bu böhranla mübarizə apara-apara, növbəti pandemiyaya da hazırlaşmalıyıq”, - deyə Qutyerreş yazıb.

O, bütün dünyada martın 27-də qeyd olunan Beynəlxalq Epidemiya Əleyhinə Hazırlıq Gününü xatırladıb və mümkün pandemiyalar məsələsinə zəruri diqqət və investisiyanı ayırmağa çağırıb.