Boris Conson da Tixanovskayanı qəbul etdi

Boris Conson da Tixanovskayanı qəbul etdi

03-08-2021 15:44 / Bu xəbər 3713 dəfə oxundu

Böyük Britaniyanın Baş naziri Boris Conson Belarus müxalifətinin lideri Svetlana Tixanovskayanı qəbul edib.

Bu barədə TASS məlumat yayıb.

Belarusda prezidentliyə keçmiş namizəd Svetlana Tixanovskaya hazırda mühacirətdə yaşayır.

O, indiki preizdent Aleksandr Lukaşenko tərəfindən təzyiqə məruz qaldığını, övladları ilə təhdid edildiyini və bu səbəbdən mühacirətə getdiyini açıqlayıb.