Boşanma 46,7 faiz artıb

Boşanma 46,7 faiz artıb

11-10-2023 17:16 / Bu xəbər 766 dəfə oxundu

2023-cü il sentyabrın 1-nə Azərbaycan əhalisinin (Yuxarı Qarabağın bir hissəsindəki əhali çıxılmaqla) sayı 10 milyon 163 min 176 nəfərə çatıb. 

Hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, yanvar-avqust aylarında ölkədə 75623 doğulan körpə qeydə alınıb, 40472 ölüm halı, 33836 nikah, 14544 boşanma rəsmiləşib.

2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə doğumun 8,9 faiz, ölüm hallarının 3,2 faiz, nikahların 16,7 faiz azaldığı, boşanmanın 46,7 faiz artdığı vurğulanır.