Britaniya səfiri də narahatdır
01-05-2024 12:05 / Bu xəbər 751 dəfə oxundu
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old Anar Məmmədlinin həbsilə bağlı narahatlığını bildirib.
"Biz Azərbaycanda vətəndaş cəmiyyəti fəallarının, o cümlədən Anar Məmmədlinin həbsindən narahatıq. Biz Azərbaycanı insan hüquqlarının müdafiəsilə bağlı beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq. Vətəndaş cəmiyyətinə dəstəyimiz Britaniya-Azərbaycan münasibətlərinin əsas sütunudur”, - səfir "X" sosial platformasında yazıb.