Britaniyanın yeni Baş naziri məlum oldu

Britaniyanın yeni Baş naziri məlum oldu

05-09-2022 16:42 / Bu xəbər 945 dəfə oxundu

Xarici işlər naziri Liz Trass Britaniyanın yeni Baş naziri və Mühafizəkarlar Partiyasının lideri seçilib.

Bu barədə "The Guardian" nəşri seçkinin nəticələrinə əsasən məlumat verilib.

Sentyabrın 2-də hakim partiya üzvləri arasında (təxminən 175 min nəfər və ya seçicilərin 0,4 faizi) keçirilən səsvermənin nəticələrinə görə, siyasətçi 57,4 faiz səs toplayıb və bununla da başqanlığa daha bir iddiaçıya, maliyyə naziri Rişi Sunaka qalib gəlmişdi. 

Keçmiş Maliyyə Nazirliyinin rəhbəri mühafizəkar parlament üzvləri, partiyanın sıravi üzvləri arasında bütün turlarda qalib gəlsə də, bəzi partiyadaşları arasında mövqeyinin zəif olduğu üzə çıxıb. İyulun əvvəlindən ictimai rəy sorğularında da o, Trassa uduzmuşdu və ikisi finala çıxanda XİN rəhbəri pillə-pillə liderliyi artırıb. 

"YouGov"un son rəy sorğusu göstərib ki, Mühafizəkarlar Partiyası üzvlərinin 66 faizi Trassın namizədliyini dəstəkləyib, Sunaka isə cəmi 34 faiz səs verilib. 

Liz Trass Baş nazir kimi Boris Consonu əvəzləyəcək. 

Boris Conson iyulun 7-də tutduğu vəzifədən istefa verib. 

Consonun istefasına səbəb kimi cinsi qısnamada ittiham olunan deputat Kris Pinçeri hökumət postuna təyin etməsi göstərilir. 

Bundan sonra hökumətdə ard-arda istefalar baş verib. Bəzi nazirlər və hökumət üzvləti Consona etiraz olaraq vəzifələrindən gediblər. 

İyun ayında da hakim Mühafizəkarlar Partiyasından olan deputatlar partiya lideri və Baş nazir kimi Consona etimadsızlıq səsverməsi keçirmişdilər. 

Səbəb anti-COVID məhdudiyyətlərinin ortasında hökumət üzvlərinin əyləncə tədbirləri keçirməsi olmuşdu. Amma o vaxt Consonun tərəfdarları cüzi fərqlə qalib gəlmişdi.