Brüsseldə hava limanı partladıldı: 11 ölü, 25 yaralı - VİDEO, FOTOLAR, YENİLƏNİR

Brüsseldə hava limanı partladıldı: 11 ölü, 25 yaralı - VİDEO, FOTOLAR, YENİLƏNİR

22-03-2016 12:12 / Bu xəbər 1878 dəfə oxundu

Bir neçə dəqiqə bundan əvvəl Belçikanın paytaxtı Brüsselin beynəlxalq hava limanında iki dəhşətli partlayış verib. Birinci partlayış təyyarələrin uçuş terminalında baş verib. Böyük maddi zərərin dəydiyi bildirilir.

İkinci partlayış isə sərnişinlərin gözləmə terminalında baş verib. Azı on nəfərin yaralandığı deyilir.

Türkiyə televiziya kanallarının məlumatına görə, rəsmilər bunun terror hücumu olduğunu bildirib. İlkin məlumatlara görə, 11 nəfər həlak olub, 25 nəfər isə yaralanıb. Hava alanındakı sərnişinlər evakuasiya edilib.

Ötən həftə Brüsseldə antiterror əməliyyatı həyata keçirilmişdi. Əməliyyat nəticəsində 5 terrorçu həbs olunmuşdu. O cümlədən, Parisdəki terror aktlarının təşkilatçısı Salah Abdusalam da tutulmuşdu.

Parisdəki terror aktlarından sonra bütün Avropada onun tutulması istiqamətində əməliyyat qurulmuşdu.

Parisdəki terror aktlarında istifadə olunan maşınlar onun adına icarəyə götürülüb. Qeyd edək ki, Parisdəki terror nəticəsində 130 nəfər həlak olmuşdu.

bastainfo.com