"Bütün məhkəmələr korrupsiya içərisindədir, bəsdirin artıq" - Əziz Orucov

26-10-2019 00:25 / Bu xəbər 1590 dəfə oxundu

"Kanal13"ün şərti azadlığa buraxılan rəhbəri, jurnalist Əziz Orucovun oktyabrın 24-də keçirilən məhkəmə prosesi yenidən təxirə salınıb.

Bu barədə Əziz Orucov sosial şəbəkədə məlumat yayıb. 

"Bu gün Nəsimi Rayon Məhkəməsində 14:00 da kecirilməli olan məhkəməm yenidən 3-cü dəfə təxirə salındı. Səbəb guya o oldu ki, prokuror prosesə gəlməmişdi. Bu, rəzalətdi, özbaşnalıqdı dəhşətli biyabırçılıqdı! Mənə qarşı 2 may 2017-ci ildən başlanmış olan və artıq 3-cü ildir davam edən qərəzli və siyasi sifarişli məhkəmə proseslərinin sayı 30-u keçib, amma hələ də tam ədalətli bir dənə də olsun qərar görməmişəm!", - o bildirib.

Jurnalistin növbəti məhkəmə prosesi noyabr 5-də, 14:30 təyin olunub.

Əziz Orucovun "Kanal13"ə müsahibəsi