Bu günə qədər 27 dinc sakin həlak olub

Bu günə qədər 27 dinc sakin həlak olub

06-10-2020 12:34 / Bu xəbər 950 dəfə oxundu

Baş Prokurorluq yeni məlumat yayıb

Məlumatda bildirilir ki, Ermənistan-Azərbaycan arasında  vəziyyətin gərginləşməsi nəticəsində Azərbaycan tərəfdən yaralanmış dinc sakinlərin sayı 141-ə çatıb. 

Mülki əhali arasında bu günə qədər həyatını itirənlərin sayı isə 27 nəfər olub. 

63 mülki obyekt , 376 yaşayış evi yararsız vəziyyətə düşüb.  

Sentyabrın 27-dən etibarən Azərbaycan-Ermənistan arasında döyüşlər davam edir. 

Oktyabrın 4-də Azərbaycan Silahlı Qüvvələri Madagizi(Suqovuşan) azad edib.  

Oktyabrın 5-i saat 11.00 radələrində Ermənistan Azərbaycanın Gəncə şəhərinə raket atıb. 

Eyni gündə prezident İlham Əliyev Cəbrayıl şəhərinin və rayonun 9 kəndinin işğaldan azad olunduğunu bildirib.  

Bir neçə saat sonra Ermənistan Mingəçevir, Xızı və Abşerona raket atıb, Tərtərin kəndlərini atəşə tutub.  

Ermənistan bu bölgələrlə yanaşı Bərdə və Ağcabədiyə də raket atıb.///toplum.tv