Bu gün Rəcəbov və Karlsen həlledici görüşlərini keçirəcək

Bu gün Rəcəbov və Karlsen həlledici görüşlərini keçirəcək

14-02-2021 13:04 / Bu xəbər 2059 dəfə oxundu

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun III mərhələsində Azərbaycan şahmatçısı Teymur Rəcəbov bu gün fransalı Maksim Vaşye-Laqravla 3-cü yer uğrunda həlledici görüşlərini keçirəcək.

"Report"un məlumatına görə, tərəflər ilk oyun günündə 4 dəfə üz-üzə gəliblər. 

Azərbaycan təmsilçisi ötən günü 2,5:1,5 hesablı üstünlüklə tamamlayıb. Bu isə o deməkdir ki, bugünkü 4 qarşılaşmanın yekununda heç-heçə belə, Rəcəbova yarışı 3-cü pillədə bitirməyə imkan verəcək.

Final oyununda norveçli Maqnus Karlsenlə ABŞ şahmatçısı Uesli So qarşılaşacaq. Tərəflər arasındakı final görüşünün ilk günündə qalib müəyyənləşməyib - 2:2 (0,5:0,5; 1:0; 0,5:0,5; 0:1).

İkinci oyun gününə saat 20:00-da start veriləcək.