Bu il azərbaycanlılar Türkiyədə 99 şirkət açıb

Bu il azərbaycanlılar Türkiyədə 99 şirkət açıb

26-07-2019 13:53 / Bu xəbər 1040 dəfə oxundu

2019-cu ilin birinci yarısında Türkiyədə Azərbaycan kapitalı ilə 99 şirkət təsis edilib.

2018-ci ilin eyni dövrü ilə müqayisədə Azərbaycan investorlarının bu ölkədəki aktivliyi 14% artıb. 

Bu barədə "Turan İA" məlumat yayıb.

Təsisçilərin yeni yaradılan şirkətlərdə qoyduğu ilkin kapital 17,2 milyon türk lirəsi təşkil edib. 

Bunun da 82,7 faizi Azərbaycandan gəlib.

Müqayisə üçün, 2018-ci ilin altı ayında Azərbaycandan olan investorlar 87 yeni şirkətin kapitalına 33,2 milyon YTL və ya bu şirkətlərin məcmu kapitalının 92% -i investisiya edib.

İstanbul (79 şirkət) və Antalya (8) azərbaycanlıların sərmayə qoymaq üçün ən çox seçdiyi yerlərdir.