"Bu imtahandan Türkiyə uğurla çıxdı" — Əli Kərimli

24-06-2019 16:57 / Bu xəbər 796 dəfə oxundu

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli ötən gün İstanbulda keçirilən təkrar bələdiyyə seçkilərində qalib gəmiş Cumhuriyyət Xalq Partiyasından (CHP) olan namizəd Əkrəm İmamoğlunu təbrik edib. 

Təbrikdə deyilir: "Əkrəm İmamoğlunu və bütövlükdə Türkiyəni təbrik edirəm. Aydındır ki, bu gün sadəcə İstanbulun yeni meri seçilmirdi. Ölkənin seçki sistemi və demokratiyası mühüm bir imtahan verirdi. Və bu imtahandan Türkiyə uğurla çıxdı. Bütün problemlərə rəğmən qardaş ölkədə seçki sistemi işləyir, hakimiyyətlərin taleyini xalq həll edir. Önəmli olan da budur".