Bu rayonlarda qaz olmayacaq

Bu rayonlarda qaz olmayacaq

11-01-2014 10:51 / Bu xəbər 1029 dəfə oxundu

Azərbaycanın bir neçə rayonunun qaz təchizatı məhdudlaşdırılır

Bu gün Azərbaycanın bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

 “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Arqument.az-a verilən məlumata görə, qaz nəqli sistemində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün saat 13:00-dan 14:30-dək Şamaxı rayonunun bir hissəsinə, saat 11:00-dan 17:00-dək isə İmişli, Saatlı rayonlarına və Sabirabad rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Arqument.az