Bu şənbə Bakıda ictimai nəqliyyat işləyəcək

Bu şənbə Bakıda ictimai nəqliyyat işləyəcək

07-06-2021 18:04 / Bu xəbər 908 dəfə oxundu

Səbəb Futbol üzrə Avropa çempionatıdır

İyunun 12-də, həftənin şənbə günü Bakıda ictimai nəqliyyat işləyəcək.

Səbəb Futbol üzrə Avropa çempionatının iyunun 12-də Bakıda keçiriləcək oyunudur.

Buna görə həmin gün Bakıda ictimai nəqliyyat - sərnişin avtobusları və metro işləyəcək.

Nazirlər Kabinetinin qərarında belə deyilir.

İyunun 13-ü saat 00:00-dan 14 iyun saat 06:00-a qədər yenidən ictimai nəqliyyatın, o cümlədən "Bakı Metropoliteni" QSC-də sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

Azərbaycanda koronavirus pandemiyasi ilə bağlı həftə sonları ictimai nəqliyyat işləmir.

Ötən ilin martından ölkədə karantin rejimidir və bu rejim 2021-ci il avqustun 1-dək qüvvədədir.

COVID-19 2019-cu ilin sonlarında Çində yaranıb və dünyaya yayılmağa başlayıb.

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyədək 3,7 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Azərbaycanda isə bugünədək 334 715 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 326 893-ü sağalıb, 4 941-i vəfat edib, bugünkü aktiv xəstə sayı isə 2 881-dir.

Azərbaycanda apreldən bu yana COVID 19-a yoluxma sayı azalır.

Sonuncu ən yüksək göstərici aprelin 20-də qeydə alınıb - də 2197 nəfər. Ondan bir gün sonra, aprelin 21-də 2 075 nəfərin koronavirus testi müsbət çıxmışdı.

Aprelin 23-dən isə virusa yoluxmada azalma başlayıb və bugünədək azalma davam edib.

Ən son açıqlanan statistikaya görə, Azərbaycanda koronavirus (COVID-19) əleyhinə 935 004 nəfər vaksin olunub.///Meydan TV