Bu yol bir həftədə iki dəfə təmirə bağlanır - Bakıda

Bu yol bir həftədə iki dəfə təmirə bağlanır   - Bakıda

14-01-2014 18:35 / Bu xəbər 908 dəfə oxundu

Koroğlu Rəhimov küçəsi son bir həftə ərzində ikinci dəfə təmirə bağlanır

Bu gün axşam saat 22.00-dan etibarən Koroğlu Rəhimov küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən başlayaraq Fətəli xan Xoyski küçəsinə qədər olan hissəsi iki günlük tam bağlanacaq.

Bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. 

Yolun bağlanmasına səbəb asfalt örtüyünün yenilənməsi və digər təmir işləridir. 

Həmin ərazidə təmir işləri bazar ertəsi günü başa çatdırılacaq.

Bununla əlaqədar sürücülərdən alternativ yollardan istifadə etməsi tövsiyyə olunur. 

Təmir işlərini Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirir. 

Xatırladaq ki, Koroğlu Rəhimov küçəsində nəqliyyatın hərəkəti ötən həftə təmir işlərinin aparılması ilə əlaqədar tam olaraq məhdudlaşdırılıb ki, bu da Bakıda nəqliyyatın hərəkətinin iflic olmasına səbəb olub.

Arqument.Az