Budanov Malidə “Vaqner”i vurmağı əmr edib

Budanov Malidə “Vaqner”i vurmağı əmr edib

06-08-2024 16:33 / Bu xəbər 579 dəfə oxundu

Ukrayna Baş hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov ötən ildən Malidə "Vaqner” özəl hərbi şirkətinin muzdlularına qarşı hücum planlaşdırıb.

Bu barədə "The Times” ABŞ Milli Təhlükəsizlik Agentliyinin sənədlərinə istinadən yazır.

Qeyd olunur ki, Malidə "vaqnerçi”lərə hücum QUR-un xaricdə "Vaqner” yaraqlılarını təqib etmək səyləri çərçivəsində baş verib.

İyulun 27-də "Reuters” Mali üsyançılarına istinadla bildirib ki, tuareqlər Tin-Zautin kəndi ərazisində əsasən "Vaqner” muzdlularından ibarət Rusiya Afrika Korpunun hərbçilərini darmadağın edib. 

Avqustun 2-də tuareqlər "Vaqner”in 84 muzdlusu və 47 Mali əsgərinin məhv edildiyini elan edib.