Bulvar və parklara giriş bərpa olunur

Bulvar və parklara giriş bərpa olunur

15-05-2020 22:34 / Bu xəbər 1232 dəfə oxundu

Azərbaycanda bulvar, park və istirahət məkanlarına girişə qoyulan qadağa aradan qaldırılır.

"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə, 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürülür.