Cahangir Əsgərov vəzifəsindən kənarlaşdırıldığı bildirilir

Cahangir Əsgərov vəzifəsindən kənarlaşdırıldığı bildirilir

24-01-2023 15:07 / Bu xəbər 981 dəfə oxundu

"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti Cahangir Əsgərov vəzifəsindən kənarlaşdırıldığı deyilir.  

Bu barədə "Qaynarinfo" məlumat yayıb.

Bildirilir ki, AZAL-da yoxlamalar aparılır və təhvil-təslim prossesi gedir. 

Hazırda AZAL-a rəhbərlik QSC-nin birinci vitse-prezidenti Samir Rzayevə tapşırıldığı deyilir. 

Yaxın vaxtlarda Cahangir Əsgərovun vəzifəsindən azad olunması ilə sərəncamın imzalanacağı gözlənilir.

Məsələ ilə bağlı "Azərbaycan Hava Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Nərmin Xəlilovaya müraciət edilib. 

Qurumun sözçüsü bu barədə məlumatlı olmadını deyib.