Cahangir Hacıyev istefa verdi

Cahangir Hacıyev istefa verdi

18-01-2015 23:48 / Bu xəbər 1891 dəfə oxundu

Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının martın 18-də keçirilmiş iclasında Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevin səhhəti ilə əlaqədar tutduğu vəzifəsindən azad edilməsi barəsində ərizəsi təmin edilib. 

Beynəlxalq Bankdan Arqument.Az-a verilən məlumata görə, İdarə Heyəti sədrinin vəzifəsinin müvəqqəti icrası İdarə heyəti sədrinin birinci müavini Emil Mustafayevə həvalə edilib.

Azərbaycan dövlətini Bankda təmsil edən Maliyyə Nazirliyi həmin iclasda ölkənin ən iri bankının inkişafına gələcəkdə də tam dəstək olacağını bildirib.

Arqument.Az