Cahangir Hacıyev niyə istefa verdi?

Cahangir Hacıyev niyə istefa verdi?

19-01-2015 00:34 / Bu xəbər 1609 dəfə oxundu

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Cahangir Hacıyevin istefası ilə bağlı xəbər artıq müzakirə mövzusuna çevrilib. 

“Qafqazinfo” xəbər verir ki, gündəmi zəbt edən istefaya iqtisadçı-ekspert Samir Əliyev şəxsi "Facebook" səhifəsində münasibət bildirib.

O, bu addımı bankın problemləri ilə əlaqələndirib: “Azərbaycanın ən böyük bankı olan Beynəlxalq Bankın çoxlu problemləri var. Problemli kreditlərin həcmi həddindən artıq şişib. Bankın problemi devalvasiyadan sonra xüsusilə təhlükəli həddə çatıb. Görünür, Cahangir Hacıyevin istefaya göndərilməsində əsas səbəb bankın düşdüyü indiki ağır durumdur. Digər versiyam yoxdur hələ ki...”

Qeyd edək ki, Cahangir Hacıyev bankın Müşahidə Şurasının bugünkü iclasında səhhəti ilə əlaqədar tutduğu vəzifədən azad edilməsi barəsində ərizə verib və ərizəsi təmin edilib. İdarə Heyəti sədrinin vəzifəsinin müvəqqəti icrası İdarə heyəti sədrinin birinci müavini Emil Mustafayevə həvalə edilib. 

Arqument.Az