Cavad Zərif Bakıya gələcək

Cavad Zərif Bakıya gələcək

20-01-2021 22:29 / Bu xəbər 512 dəfə oxundu

İranın xarici işlər naziri Cavad Zərif yaxın günlərdə Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiyaya səfər edəcək.

Bu barədə yanvarın 20-də IRNA agentliyi məlumat yayıb.

İranın XİN rəhbəri jurnalistlərə açıqlamasında səfərlərin tarixinin artıq müəyyənləşdiyini bildirib. O, koronavirus test mənfi çıxarsa, yaxın günlərdə Qafqaza və Rusiyaya yola düşəcəyini deyib.

Cavad Zərif rəsmi ziyarətlərinin Dağlıq Qarabağ böhranının həlli və bölgədə əmin-amanlığın yaradılması üçün nəzərdə tutulduğunu açıqlayıb.