Cavid Qara: “Bunun arxasında məmur özbaşınalığı durur”

Cavid Qara: “Bunun arxasında məmur özbaşınalığı durur”

26-03-2021 19:16 / Bu xəbər 3575 dəfə oxundu

"Ərəblərin Azərbaycana gələrək qanunsuz ov etmələrinin arxasında rüşvət faktından daha çox məmur özbaşınalığı dayanır, odur ki, buna yol vermiş məmurlar da, ovçu ərəblər də qanunun yol verdiyi ən sərt şəkidə cəzalandırılmalıdırlar”. 

Ekoloji sahə fəalı Cavid Qara bunu Turanın "Çətin sual” prorqamının 2021-ci il martın 26-da "Ərəblərin Azərbaycanda qanunsuz quş ovu” mövzusuna həsr olunmuş buraxılışnda bildirib.

C.Qara deyir ki, bu günlərdə bir qrup ərəb Qax rayonu Acınohur yasaqlığında , qanunsuz ov ediblər, bu barədə çoxsaylı müraciətlər olub: "Gələnlərin Qətərdən, Birləşmiş Ərəb Əmirliklərindən, Abu-Dabudan olduqları, aralarında ərəb şeyxlərinin, hərtta bir şahzadənin də olduğu deyilir”, deyə eko-fəal bildirir.

Onun deməsinə görə, gələnlərin kimliklərini müəyyən etmək üçün ərəbləri ovda müşayət edən tərcüməçi ilə əlaqə saxlayıb və həmin şəxs gələnlərin Kəmaləddinin (Fövqəaldə Hallar nazriri Kəmaləddin Heydərov nəzərdə tutulur) qonaqları olduğunu bildirib.

C.Qara deyir ki, ərəblərin qanunsuz ov etmələri ilə bağlı faktlar əldə edildikdən, bu məsələ sosial şəbəkədə ictimailəşdikdən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi yenə də ərəb ovçuları müdafiə mövqeyindən çıxış edib: "Nazirliyin bu xüsusda açıqlamaları yenə də ərəb ovçuları müdafiə mövqeyində idi. Əgər özümzükülər olsa idi, indi biabır etmişdilər. Cərimə bir yana, bəlkə də həbsdə idi”, deyə eko-fəal ərəblərə loyal yanaşmaya münasibət ifadə edir.

C.Qara ölkədə ov mövsümü bitdikdən sonra ərəblərə ov etməyə icazə verilməsini məmur pzbaşınalığı ilə əlaqələndirir və hesab edir ki, bu məsələ sırf rüşvətə bağlı olsa idi, indiyə hansısa bir məmuru "günah keçisi” kimiq urban verərdilər. Onun fikrincə, bunun arxasında məmur özbaşınalığı durur ki, hətta məsələ ictimailədikdən də sonra bu adamlara hər hansı cəza verilmir.

C.Qara vurğulayır ki, ərəblərin ov etdikləri Acnohur yasaqlığında (qoruq-red) 372 ha ərazinin vətəndaşa verildiyi, ərəblərin də həmin yasaqlıqda ov etdikləri deyilir: "Amma vətəndaşın kimliyi məlum deyil. Adı, soyadı nədir, bu məlum deyil. Əgər qoruq lap vətəndaşa verilibsə belə, Ekologiya və Təbii Sərvətlər Nazriliyi lazımi tədbilər görə bilər. Nazirlik bildirir ki, qanunsuz ova görə, iki ərəb tursit cərimə edilib. Hansı məhkəmə, hansı hakim, kimləri cərimə edib, bu da məlum deyil. Bunlar hamısı ictimai fikri sakitləşdirməyə yönəlib. Amma biz Acınohurda ov düşərgəsi sökülənə qədər bu kampaniyanı davam etdirəcəyik”, deyə C.Qara bildirir.   

C.Qarann fikrincə, Azərbaycana gələrək qanunsuz ov edən bu şəxslər əllərini-qollarını sallayaraq ölkədən çıxıb gedə bilməzlər, bu ovçu ərəblər də, onlara himayədarlıq göstərənlər də cəzalandırılrmalıdırlar. O, hesab edir ki, qanunun aliliyini qoruya bilməyən məmurlar isə vəzifələrindən istefa verməlidirlər.

Xatırladaq ki, 2020-2021-ci illər üçün Azərbaycanda ov mövsümü iyunun 1-dən başlayıb və 2021-ci il martın 7-də isə başa çatıb.