Cavid Qurbanov işçilərin maaşını 150 manat kəsir - Etiraz aksiyası

Cavid Qurbanov işçilərin maaşını 150 manat kəsir - Etiraz aksiyası

16-05-2022 11:42 / Bu xəbər 2690 dəfə oxundu

"Azərbaycan Dəmir Yolları” QSC-nin işçiləri etiraz aksiyası keçirib. 

Bildirilir ki, "Azərbaycan Dəmir Yolları” QSC işçilərin maaşlarını kəsir.

"Unikal" isə yazır ki, Bələdçilər ehtiyatı idarəsinin rəisi  İlham Hüseynov dəmiryolçuları toplayaraq onların ağ kağıza imza çəkməklərini tələb edib.

O bildirib ki, növbəti aydan onların əmək haqlarının  1/3 hissəsi kəsiləcək. Belə ki, 379 manat məvacib alan bələdçilər bundan sonra 229 manat maaş alacaqlar. 

İ.Hüseynov diqqətə çatdırıb  ki, bəzi maddi problemlərə görə onların maaşlarından 140-150 manat tutulacaq. 

Hazırda idarənin qarşısında 100-dən çox işçi yığışaraq etirazlarını bildirirlər.  

"Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Elyar Muradov etirazçıların qarşısına çıxaraq bildirib ki, regionlara sərnişindaşıma işləmədiyi üçün bu qərar verilib. 

"Azərbaycan Dəmir Yolları” QSC iddialarla bağlı ətraflı münasibət öyrənmək mümkan olmayıb.