Cavid Qurbanovun yüksək vəzifədə olan yaxın qohumları — SİYAHI

Cavid Qurbanovun yüksək vəzifədə olan yaxın qohumları — SİYAHI

29-10-2021 17:00 / Bu xəbər 1060 dəfə oxundu

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun vəzifədə işləyən ailə üzvləri və yaxın qohumları ilə bağlı Demokrat.az-a məlumat daxil olub. 

Məlumatda Cavid Qurbanovun ailə üzvləri və yaxın qohumlarının siyahısı yer alıb.  

Həmin siyahını təqdim edirik:

"Azercon Group Limited" şirkətlər qrupunun təsisçisi Qəmbər Qurbanov - Cavid Qurbanovun atası,

"Baghlan Groupe" şirkətlər qrupunun təsisçisi Şəmşir Şəmşirli - Cavid Qurbanovun oğlu,

Abşeron rayon Polis Şöbəsinin rəisi Şəhriyar Şəmşirli - Cavid Qurbanovun qardaşı,

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev - Cavid Qurbanovun əmisi nəvəsi,

Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinin prokuroru Nicat Şəmşirov - Cavid Qurbanovun yaxın qohumu,

Nəqliyyatda Baş Polis İdarəsinin yüksək vəzifədə çalışan Əkbər Şəmşirli - Cavid Qurbanovun qardaşı oğlu,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin sabiq rəisi İlqar Qurbanov  - Cavid Qurbanovun qardaşı,

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin köməkçisi Həbib Misirov - Cavid Qurbanovun qohumu və ən yaxın adamı,

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin həkim-sanitar xidmətinin rəisi Adil Şükürov - Cavid Qurbanovun yaxın qohumu,

"KDY logistics" şirkətinin Direktorlar Şurasının sədri Qalib Məmmədov - Cavid Qurbanovun ən yaxın adamlarından biri hesab olunur, 

Vəsilə Abdulova - Cavid Qurbanovun himayəsində olan "TOPAZ"- qumar biznesinə rəhbərlik edir.

Sumqayıt şəhər Məşğulluq İdarəsinin rəsmisi Nahid Şəmşirov - Cavid Qurbanovun əmisi oğlu. 

2020-ci ilin fevralında keçirilmiş parlemanet seçkilərində bir neçə şəxs Cavid Qurbanovun təqdimatı ilə deputat mandatı qazanıb. 

Onların arasında Aqil Məmmədov və Jalə Əliyeva da yer alır.