Cəbhədə Azərbaycan əsgəri həlak olub

Cəbhədə Azərbaycan əsgəri həlak olub

23-09-2019 12:54 / Bu xəbər 1749 dəfə oxundu

Sentyabrın 22-də cəbhəboyu zonada Azərbaycan əsgəri Ramin Abdulrəhmanov həlak olub.

Bu barədə  sentyabrın 23-də yerli saytlar məlumat yayıb. 

Nazirlikdən verilən məlumata görə, əsgər yolu azaraq qarşı tərəfə keçib və üzbəüz mövqelər arasındakı ərazidə Ermənistan hərbiçilərinin açdığı atəşlə vurulub.

Mətbuat xidməti bildirir ki, əsgərin nəşinin ərazidən təhlükəsiz şəkildə təxliyəsini təmin etmək məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə müraciət olunub.

"Ermənistanın kütləvi informasiya vasitələrində guya Azərbaycan tərəfinin cəbhə xəttində təxribat törətməsi barədə yayılan məlumatlar yalandır", - nazirlikdən bildirilib.