Cəlal Əliyev xəstəxanaya yerləşdirildi - ÖZӘL

Cəlal Əliyev xəstəxanaya yerləşdirildi - ÖZӘL

01-06-2015 16:00 / Bu xəbər 2037 dəfə oxundu

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin üzvü, millət vəkili, akademik Cəlal Əliyev səhhətində yaranan ciddi problemlə bağlı Mərkəzi Klinika Xəstəxanasına yerləşdirilib. 
 
Bu barədə Arqument.Az-a daxil olan məlumatda bildirilir. 

Xəstəxananın növbətçi hissəsindən Arqument.Az-a verilən məlumata görə, C.Əliyevin vəziyyəti deyildiyi qədər ağır deyil:

"Cəlal Əliyev bu gün xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti normaldır. Narahatlığa heç bir əsas yoxdur”.

Arqument.Az