Cəlilabada yeni icra başçısı təyin edildi

Cəlilabada yeni icra başçısı təyin edildi

06-02-2018 18:09 / Bu xəbər 3227 dəfə oxundu

Cəlilabad rayonuna yeni icra başçısı təyin edilib.

AZƏRTAC-ın məlumatına görə, Prezident İlham Əliyev Namiq Rəsul oğlu Zeynalovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

N.Zeynalov bundan əvvəl Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində çalışıb.

Bundan əvvəl Cəlilabad rayonuna Əziz Əzizov başçılıq edirdi. Ə.Əzizov fvralın 2-də Yasamal rayonuna icra başçısı təyin olunub.