Cəlilabadın icra başçısı barəsində həbs-qətimkan tədbiri seçilib

Cəlilabadın icra başçısı barəsində həbs-qətimkan tədbiri seçilib

09-12-2020 23:25 / Bu xəbər 581 dəfə oxundu

Məhkəmə istintaq orqanının təqdimatını qəbul etdi

Dekabrın 9-da Səbail Rayon Məhkəməsi Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatına baxılıb.

Dekabrın 7-də hüquq-mühafizə orqanları əməkdaşları Cəlilabad Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirilib, vəzifəli şəxslər həbs edilib.

Bir gün sonra isə Prezident İlham Əliyev Namiq Rəsul oğlu Zeynalovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.