Cəmil Həsənlinin Honq Konqda kitabı nəşr olundu

Cəmil Həsənlinin Honq Konqda kitabı nəşr olundu

10-04-2021 11:35 / Bu xəbər 4346 dəfə oxundu

Milli Şuranın sədri, professor Cəmil Həsənlinin Honq-Konqda kitabı nəşr olunub.

Bu barədə Cəmil Həsənli sosial şəbəkə hesabında məlumat verib. 

"Honq Konq Universiteti Press yalnız Çinin deyil, dünyanın ən nüfuzlu nəşriyyatlarındandır. Həm Universitet, həm də Honq Konq University Press öz müstəqilliyini hələ ki, saxlaya bilib. Bu ay həmin nəşriyyat mənim Şərqi Türkistan kitabımın (蘇聯政策中的新疆: 斯大林與東突厥斯坦的穆斯林運動, 1931-1949) nəşrini başa çatdıra bildi", - Cəmil Həsənli yazıb. 

Kitabın nəşr prosesindən danışarkən professor bunun heç də asan başa gəlmədiyini deyib: "Uyğurların, Şərqi Türkistanda digər türk və müsəlman xalqlarının 20 illik (1930-1950) zəfər və faciəsini əks etdirən bu əsərin hazırkı vaxtda Hong Kong Pressdə çıxması  elə də asan olmadı.  Çətinliklərlə üzləşsə də, nəhayət bu nəşri başa çatdırmaq mümkün oldu. Kitabı Çin dilinə Professor Yang Şu tərcümə edib. Moskva və Harvarddan sonra üçüncü olaraq bu araşdırma Hong Kongda nəşr olundu. Hazırda kitab Türkiyədə türk dilinə də tərcümə edilir. İki həftədən sonra kitab artıq satışda olacaq, internet üzərindən sifarişlər isə artıq başlamışdır".