Cənub RETSİ-nin rəsinə açıq məktub

Cənub RETSİ-nin rəsinə açıq məktub

31-08-2020 01:49 / Bu xəbər 2664 dəfə oxundu

Uzun illərdir ki, biz - Lənkəran rayonunun Kərgəlan kənd sakinləri Lənkəran Şəhər Elektrik Şəbəkənin yarıtmaz və məsuliyyətsiz failiyyəti ucbatından əziyyət çəkirik. 

Dəfələrlə bu barədə aidiyyati qurumlara şifahi və yazılı mürciətlər olsa da, heç bir fayda yoxdur. İşıqların verilməməsi bir yana, işıqlar o qədər zəif olur ki, bəzən evdə işığı söndurub neft lampası və ya şam yandırırıq. Bununla yanaşı, naqillər "Nikolay” dövürünə aid olduğundan tez-tez qəfil işıq qəzaları baş verir. 

Texniki əşyaların evlərdə işıqdan yanması adi hal olub. Bir balaca külək və ya yağış olarkən bütün gün uzunu ışıqlar "gedər-gəlməzə” çevrilir. Bir sözlə, Kərgəlan kəndi işıq idarəsi üçün nəyə görəsə düşmənə çevrilib. Amma bir xoş hal da var ki, onu deməməklə Cənub RETSİ-nin haqqına girmişik olarıq. Belə ki, kəndin kiçik bir məhəlləsi belə bir problemə görə əməlli-başlı işıq idarəsinə "dərs” verdiyindən həmin məhəllənin işıqlarını kabelləşdirərək düzəldiblər. 

Baş mühəndis Şamid bəyin yanına gedəndə bu halı deyərkən sözündən dolayısı ilə belə çıxdı: "Onlar şikayət edib, yuxarılara yazıb, bizi məcbur ediblər, biz də məcburiyyətdən oranı düzəltdik”. 

İndi belə çıxır ki, gərək bütün ışığı olmayanlar Şamid bəy və onun idarəsi ilə "qonşu davasına” çıxmalıdır ki, işləri düzəlsin.

Bir neçə ay əvvəl bu problemlə bağlı yuzdən (100) artıq kənd sakininin birgə imzası ilə aidiyyəti qurumlara və həmçinin "Azərişıq” ASC-yə məktub unvanladıq. 

"Azərışıq”ın və "Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi”nin "böyük” araşdırmasından sonra nəhayət ki, cavab gəlib bizə çıxdı. Əgər buna cavab demək olarsa...

Cənub RETSİ-nin yazdığı məktubun hər cümləsində belə özünü ifşa edir.

Hörmətli Cənub RETSİ-nin rəisi, bizim "Azərişıq”ın sədri və sizə göndərdiyimiz məktuba cavab olaraq yazdığınız məktub ilə Lənkəran Elektrik Şəbəkəsinin baş mühəndisi Şamid bəyin "Hara istəyirsiz, gedin” ifadəsi arasında heç bir fərq yoxdur. 

100 nəfərdən artıq insanın imzası olan məktubdan insanlar deyir: "Zülm çəkirik”. Siz isə "araşdırma” apardığınızı deyirsiniz. Bu hal on illərlə belədir və günü bu gün də işıqlar yox dərəcəsindədir. 

Fasilələr işığın verilməsindən dəfələrlə çoxdur. Siz hələ indi "araşdırma” aparmısınız? Bu onilliklər ərzində rüsumlar alıb, qoşduğunuz sayğacları hara qoşduğunuzu bilmirdiniz ki, indi "araşdırma” aparırsız? Bəlkə, siz və "Azərişıq”ın sədri vəzifəsində duran Vüqar Əhmədov düşünürsünüz ki, transformatorlara yükündən artıq abonent qoşmaqla onlara yaxşılıq edirsiniz? 

Satışdan əldə etdiyiniz, sayğac qoşulmalarından gələn rüsumlar sizlərə bəs etmirmi insalar üçün trasformatorları quraşdırmağa? Biz "Azərişıq” və sizin yerinizə çox utandıq ki, özünüz-öz dilinizlə məktubda yazırsınız ki, transformator 1980-cı ildə qoyulub. Nə danışdığınızın fərqindəsinizmi? 40 il ömrü olan bir trasformator və üstəlik əlavə yüklənmələr. İnsanların on illələrlə olan probleminə belə məsuliyyətsiz cavab məktubumu? Yəqin, sizə də növbə çatar!

Elvin Səmədov
Lənkəran rayonu Kərgəlan kənd sakini