Ceyhun Bayramov: "Azərbaycan yeni dünya nizamının yaradılmasını təklif edir"

Ceyhun Bayramov:

04-11-2021 13:37 / Bu xəbər 1321 dəfə oxundu

"Ermənistanla Azərbaycan arasında yaranmış münaqişə nəticəsində torpaqlarımız 30 il ərzində işğal altında saxlanılıb. BMT Təhlükəsizlik Şurasının tərəfindən ərazilərimizin qeyd-şərtsiz boşaldılması ilə bağlı 4 qətnamə qəbul edilmişdi”.

Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qlobal Bakı Forumunda çıxış edərkən deyib.

"Təəssüflər olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrin icra olunmadığını gördük. Bu da BMT-yə qarşı olan etimadın azalmasına gətirib çıxarmışdı. Biz bütün beynəlxalq ictimaiyyətə yeni dünya nizamının yaradılmasını təklif edirik. Eyni zamanda, hər bir qəbul edilən qətnamənin yerinə yetirilməsi vacibdir. Biz BMT-nin daha səmərəli olmasında maraqlıyıq”, - o vurğulayıb.///"Report”