Ceyhun Bayramov Mayk Pompeo ilə görüşüb

Ceyhun Bayramov Mayk Pompeo ilə görüşüb

23-10-2020 21:41 / Bu xəbər 989 dəfə oxundu

Xarici İşlər Nazirliyi (XİN) Vaşinqtonda olan nazir Ceyhun Bayramovun ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşü barədə məlumat yayıb.

"Ceyhun Bayramov Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsində son vəziyyətlə bağlı müzakirə aparıb, Ermənistan tərəfinin destruktriv siyasəti, Azərbaycanlı dinc əhalinin məqsədyönlü şəkildə atəşə tutulması, xaricdən muzdluların və terrorçuların kütləvi cəlb olunması və sair məsələlər barədə ətraflı məlumat verib”, - deyə XİN mətbuat xidməti bildirib.

Məlumatda Ceyhun Bayramovun Mayk Pompeoya BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsini xatırlatdığı da qeyd olunub: "Azərbaycanın haqlı mövqeyi BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinə və digər beynəlxalq təşkilatların müvafiq sənədlərinə əsaslanır. Söhbət zamanı, həmçinin Azərbaycan-ABŞ ikitərəfli əlaqələrinə dair məsələlər üzrə fikir mübadiləsi aparılıb”.