CHP-dən MHP-yə baş nazir gedişi...

CHP-dən MHP-yə baş nazir gedişi...

19-06-2015 13:34 / Bu xəbər 1156 dəfə oxundu

Kılıçdaroğludan Bahçeliyə koalisiya təklifi olub

Türkiyədə seçkilərdən sonra koalisiya müzakirələri davam etdirilir. 

Son olaraq bildirilir ki, CHP lideri Kamal Kılıçdaroğlu MHP-nin rəhbəri Dövlət Bahçeliyə maraqlı koalisiya təklifi edib. Qurulacaq koalisiyada D.Bahçeliyə baş nazir postu təklif edilib. 

Bildirilir ki, Kılıçdaroğlu sürpriz bir təkliflə çıxış edərək, birlikdə hökumət yaradılmasına çağırıb: "Birlikdə hökumət yaradaq, baş nazir sən ol”.

O, həmçinin qeyd edib ki, CHP, MHP və HDP-nin seçki vədləri içərisində ortaq nöqtələr var. Bunların üzərindən də Türkiyədəki problemlərin həllinə istiqamətlənən çox əhəmiyyətli addımlar atıla bilər.

Musavat.com