“CinemaPlus” açıq havada yay kinoteatrını yenidən açdı

“CinemaPlus” açıq havada yay kinoteatrını yenidən açdı

13-07-2022 12:59 / Bu xəbər 915 dəfə oxundu

"CinemaPlus”un izləyicilərinə kinoteatrın fəaliyyəti ilə bağlı yeni xəbər var.

Şamaxı şəhərində, təbiət qoynunda "Open Air Cinema” kinoteatrı yenidən fəaliyyətə başlayıb.

Hər həftəsonu – cümə, şənbə və bazar, eləcə də bayram günlərində qonaqlar açıq havada yeni filmləri izləyə bilərlər. 

Filmlər və seanslar haqqında məlumatı "CinemaPlus” kinoteatrlar şəbəkəsinin saytından və sosial şəbəkələrindən əldə edə bilərsiniz.

Ülviyyə