“CinemaPlus” “Babylon” filmi ilə 20-ci illərə geri döndü

“CinemaPlus” “Babylon” filmi ilə 20-ci illərə geri döndü

24-01-2023 01:48 / Bu xəbər 1239 dəfə oxundu

"28 Mall” ticarət mərkəzində yerləşən "CinemaPlus” premium kinoteatrında tarixi komediya-dram janrında olan "Babylon” Amerika filminin premyeradan öncə nümayişi keçirilib. 

Tədbirdə şou-biznes ulduzları, jurnalistlər, blogerlər və digər şəxslər iştirak edib. 

Qonaqlar dekorasiya şirkəti tərəfindən yaradılmış 20-ci illərin sonlarının ab-havasını yaşayıblar. 

İfaçılar Qorqud və Mado Salih retro mahnıları, saksafonçu Emin Kazımzadə isə caz melodiyaları ilə gecəyə rəng qatıblar. 

Həmçinin "A1” rəqs qrupu kabare üslubunda parlaq alovlandırıcı şou təqdim edib.

Film 1920-ci illərin sonlarında, Hollivudun səssiz kinodan səsli kinoya keçidi zamanı, bir çox personajların yüksəlişi və enişindən bəhs edir.

Filmin rejissoru və ssenari müəllifi Demyen Şazelldir. 

Baş rolları Bred Pitt, Marqo Robbi, Dieqo Calva, Cin Smart, Covan Adepo və Li Cun Li yaradır.

Ülviyyə