“CinemaPlus”da 2 yeni filmin nümayişi başlayıb
12-11-2022 00:43 / Bu xəbər 1756 dəfə oxundu
"CinemaPlus” kinoteatrlar şəbəkəsində 2 yeni filmin nümayişi başlayıb.
Türkiyə istehsalı olan "Tamirhane” tragikomik filminin rejissoru məşhur aktyor Erkan Kolçak Köstendil, ssenari müəllifi isə Bülent Şakrakdır.
Ekran əsərində onların özlərini də görmək mümkündür.
Filmdə baş rollarda Nejat İşler, Merve Dizdar, Rıza Kocaoğlu və Ali Seçkiner çəkilib.
Ssenariyə əsasən, baş qəhrəmanlar Yılmaz və Müjdat iki dostdur.
Onlar uşaqlıqdan bir-birilərini tanıyırlar, eyni uşaq evində böyüyüblər. İndi isə birlikdə avtomobil təmirxanasında işləyirlər.
Günlərin bir günü, hər şeydən narazı olan yaşlı bir kişi maşınını təmir etmək üçün onların yanına gəlir.
Söhbətin gedişatında maşının sahibi infarkt keçirir və ölür. İki dost fikirləşir ki, onları qətldə ittiham edə bilərlər...
Digər film isə "Marvel” studiyasının istehsalı olan Amerika superqəhrəman filmi – "Qara pantera: Vakanda əbədi” ekran əsəridir.
Rayan Kuqlerin ssenari müəllifi və rejissoru olduğu filmdə baş rollara Letişa Rayt, Martin Friman və Tenoç Uerta çəkilib.
Film gizli şəkildə inkişaf etmiş və təcrid olunmuş Afrika xalqı -Vakandanın həyatından bəhs edir.
Filmin məzmununa gəlincə, Kral T'Çallanın ölümündən sonra Kraliça Ramonda, Şuri, M'Baku, Okoye və Dora Milaj Vakandanı dünya güclərindən qorumaq üçün mübarizə aparırlar.
Film 3 dildə - rus, ingilis və türk dillərində nümayiş etdirilir.
Həmçinin "Qara pantera: Vakanda əbədi” filminə Azərbaycanda ən son 4DX texnologiyası ilə Dəniz Mall-da yerləşən "CinemaPlus” kinoteatrında baxmaq olar.
Ülviyyə