“CinemaPlus”da eksklüziv olaraq “49” hərbi filmi nümayiş olunacaq

“CinemaPlus”da eksklüziv olaraq “49” hərbi filmi nümayiş olunacaq

19-01-2023 17:29 / Bu xəbər 1150 dəfə oxundu

"CinemaPlus” kinoteatrlar şəbəkəsi yanvarın 19-dan etibarən Türkiyənin "CNP film” istehsalı olan "49” hərbi filminin nümayişinə başlayacaq.

Real hadisələrə əsaslanan film Türkiyənin yaxın tarixinin ən gərgin dövrlərindən birindən bəhs edir.

Filmin rejissoru Hakan İnan, prodüseri Mehmet Canpolat, ssenari müəllifləri İlker Arslan və Barış Ərdoğandır.

Baş rollarda tanınmış aktyor İsmayıl Hacıoğlu, Hande Doğandemir və Sinan Tuzcu çəkilib. 

Filmin süjetinə gəlincə, 2014-cü ildə İŞİD Mosulu işğal etdikdən sonra oradakı Türkiyə səfirliyinə də hücum təşkil edib. 

Nəticədə səfirlikdə işləyən 49 əməkdaş terrorçular tərəfindən əsir götürülüb. 

Film MİT-in onları xilas etmək məqsədi ilə keçirdiyi geniş əməliyyatdan bəhs edir.

Ülviyyə