“CinemaPlus”da türk cizgi filmi “Rafadan Tayfa Qalaktik Tayfa”

“CinemaPlus”da türk cizgi filmi “Rafadan Tayfa Qalaktik Tayfa”

05-01-2023 20:03 / Bu xəbər 1114 dəfə oxundu

Bu gündən etibarən "CinemaPlus” kinoteatrlar şəbəkəsində uşaqların maraqla izlədiyi "Rafadan Tayfa Qalaktik Tayfa” üçüncü türk cizgi filminin nümayişi başlayır.

Cizgi filminin rejissoru İsmail Fidan bildirib ki, yeni ekran işi "Rafadan Tayfa”nın ən böyük macərasıdır və bütün zamanların animasiya kateqoriyasında yerli və xarici rekordların sahibidir:

"Demək olar ki, bu, balaca dostlar üçün sürprizlərlə dolu ən gülməli və ən həyəcanlı filmdir". 

Filmdə baş rolları aktyorlar Levent Kol, Emine Sergen, Yagmur Sergen və Şirin Giobbi səsləndiriblər.

Süjet xəttinə gəlincə, Akın astronomiya dərnəyinin ən parlaq üzvlərindən biridir. 

O, orbitə yaxınlaşan kosmik gəmini kəşf edir və bir anda dünyanın gündəminə düşür. 

Kosmik gəmi ilə bağlı bir çox xəbərlər dərc edilərkən, çoxsaylı nəzəriyyələr irəli sürülərkən, kəşfin edilməsində kiçik rolu olan Hayri də bir az şöhrət qazanır. 

Hayrinin qəzetlərdə dərc olunan fotoşəkilləri gəminin əsl sahibinin, yəni yadplanetlinin diqqətini cəlb edir… 

Ülviyyə