“CinemaPlus”da “Zona” kinokomediyasının nümayişi başlayıb

“CinemaPlus”da “Zona” kinokomediyasının nümayişi başlayıb

28-12-2022 22:27 / Bu xəbər 1739 dəfə oxundu

"CinemaPlus” kinoteatrlar şəbəkəsində "Cinemazadeh” studiyasının ərsəyə gətirdiyi "Zona” filminin nümayişi başlayıb.

Filmin baş prodüseri Cəfər Axundzadə, ssenari müəllifləri Vüqar Hüseynov və Talıb Əhmədov, rejissoru Vüsal Hacıqədirdir. 

Ekran əsərinin operatoru Orxan Məmmədov, quruluşçu rəssamı Zaur Abdullayev, bəstəkarı Ruhin Məmmədzadə, geyim üzrə rəssamı Mehriban Əfəndi, qrim üzrə rəssamı isə Aytən Hüseynzadədir. 

Aktyor heyətində Məcid Hüseynov, Tural Əsədov, Aqil M. Quliyev, Taleh Yüzbəyov, Faiq Mirzəyev, Elsevər Camal, Əlixan Rəcəbov, İslam Mehrəliyev, Nöfəl Şahmaroğlu, Elvin İbra, Erkin Ergin, Tərlan Nur Yaşar, Samir Ələsgərov, Şəlalə Şahvaladqızı və digərləri yer alıb.

Filmin baş qəhrəmanı sadəlöhvlüyü ucbatından şəhərdə qeyri-rəsmi fəaliyyət göstərən kollektor şirkətində işə düzəlir. 

Onun vəzifəsi banklara və ya fiziki şəxslərə borcu olanlardan borcu almaqdır. 

İşini uğurla görən qəhrəmanın borcalanlarından biri ölü tapılır və bütün dəlillər ona qarşı olduğundan, həbs olunur. 

Filmin əsas hissəsi Quantanamo, Alkatras həbsxanasını xatırladan bir yerdə cərəyan edir. 

Baş qəhrəman özünün günahsızlığını sübut etmək üçün həbsxanadan qaçış planı düşünür. Amma bu həbsxanadan qaçmaq mümkün deyil…

Komediya janrında olan filmdəki bütün hadisələr uydurmadır.

Ülviyyə