“CineMastercard”da “Emanet” türk filminin nümayişi başlayıb

“CineMastercard”da “Emanet” türk filminin nümayişi başlayıb

09-07-2024 18:19 / Bu xəbər 618 dəfə oxundu

"CineMastercard” kinoteatrlar şəbəkəsində döyüş və dram janrlarında olan "Emanet” türk filminin nümayişi başlayıb.

Uğurlu aktyor oyunu və gərgin döyüş səhnələri ilə zəngin olan filmin tamaşaçılara maraqlı anlar bəxş edəcəyi gözlənilir.

Filmin rejissoru Ali İlhandır. Baş rolları Mustafa Üstündağ, Tuvana Türkay, Turgay Tanülkü və Gürgen Öz canlandırıblar.

Filmin yaş həddi "16+"dur. 

Ekran əsərinin baş qəhrəmanı keçmişi sirlərlə dolu olan Orxan ustadır. 

O, dağılmaq üzrə olan ailəsi ilə birlikdə onlara aid olmayan bir əmanəti qorumağa çalışır. 

Proses zamanı onlar hər şeylərini itirsələr, bir-birlərini yenidən tapırlar.

Ülviyyə