“Cinsi zəmində təcavüzlər qadağalarla bağlıdır” - Azad İsazadə

“Cinsi zəmində təcavüzlər qadağalarla bağlıdır”   - Azad İsazadə

01-04-2015 23:01 / Bu xəbər 3689 dəfə oxundu

Son günlər qadınlara qarşı cinsi istismarların,məişət zəminində zorakılıqların sayı artıb. 

Tanınmış ictimaiyyət nümayəndələri və onların yaxınlarından da yan keçməyən zorakılıq hallarının geniş vüsət alması medianın da diqqətini bu məsələyə yönəldib. Mövzu ilə əlaqədar psixoloq Azad İsazadənin Arqument.az-a müsahibəsini təqdim edirik. 

- Sosial şəbəkələrdə azərbaycanlı kişilər Türkiyədəki məlum hadisəyə görə yubka geyinərək qonşu dövlətdəki zorakılıq əleyhinə kampaniyaya dəstək oldular, Amma onların bu hərəkəti birmənalı qarşılanmadı.

- İstisna etmirəm ki, bundan da ağır duruma Azərbaycanda da rast gəlmək olar. Öz təcrübəmdə çox ağır durumlarla rastlaşmışam. Ümumiyyətlə, məişət zorakılığı bütün dünyada var. Fərq bundadır ki, Qərbdə bununla istər hökumət, istərsə də vətəndaş cəmiyyəti səviyyəsində mübarizə aparırlar. Şərq ölkələrində isə bu, qınaq olunamayan bir şeydir. Şərqdə hesab edirlər ki, ailədaxili problemlər elə ailə daxilində də həll olunamlıdır. Bu da belə arzuolunmaz hallara gətirib çıxardır. Yəni bizim düşüncəmizə görə, mənim onun xanımının, həyat yoldaşının probleminə müdaxilə etməyə ixtiyarım yoxdur. O ailənin başçısı, kişisi var, bunu o özü həll etməlidir. Ona görə də  qonşuluqda yaşayan ailədə zorakalıq halları baş verirsə, biz ona müdaxilə etmirik. 

Qanun çərçivəsində ayrıaca məişət zorakılğına qarşı qanun qəbul olunub. Reallıqda bəzən görürük ki, o qanunun işləməsi üçün vətəndaş gedib polis bölməsinə şikayət ərizəsi yazmalıdır, amma bizdə xanımlar öz həyat yoldaşlarından şikayət ərizəsi yazmayacaq. Deməli o qanun işləyir, amma qanuna müraciət olunmadığına görə, o bir az havada qalır. Türkiyədə də bizdən geri qalmır, qonşu ölkədə zorakılıq həddindən artıq çoxdur. Bilirsiniz ki,  Almaniyada həddindən artıq türklər çoxdur. Mən Berlində 3 krizis mərkəzində olmuşam və maraqlıdır ki, həmin mərkəzlərin üçü də türklər yaşayan məhəllələrdə yerləşir. Orada da işləyən Almaniya vətəndaşları olan türk xanımlardı. Özləri də deyirlər ki, bizdə tələbat daha çoxdur, nəinki almanlar yaşayan ərazilərdə. Ona görə yox ki, alman xanımı az döyülür, sadəcə alman xanımı döyülən kimi dərhal polisə müraciət edir və alman kişisi də anlayır ki. İkinci dəfə bunu etsə başı ağrıyacaq. Amma türk xanımı bunu etmir və nəticədə də zorakılıq halları çoxalır. Türkiyədəki məlum hadisəyə olan reaksiyaya gəlincə isə qeyd edək ki, Türkiyədə vətəndaş cəmiyyəti daha aktiv formalaşıb. Orada real fəaliyyət göstərən təşkilatlar çoxdur. Bizdəki təşəbbüs də bu kampaniya ilə bağlıdır. 

- Azərbaycan kimi cəmiyyətlərdə qadınlara qarşı cinsi zəmində təcavüzlər çox olur. Türkiyədəki hadisədən sonra bir çox azərbaycanlı xanımlar sosial şəbəkələrdə bunu açıq şəkildə etiraf etdilər. 

- Bizdə tamah daha çoxdur, çünki isti ölkələrik intim, seksual baxımından daha qaynarıq – istər qadınlar, istərsə də kişilər. Bu həm də qadağalar baxımından da mümkündür, çünki Qərb ölkələrdən fərqli olaraq bizdə bakirəlik institutu var. Yəni Azərbaycanda 25 yaşında bakirə qız heç kimi təəccübləndirmir, Qərbdə isə 17 yaşlıə bakirə qız insanların təəccübünə səbəb olur. Bundan başqa, bu məsələdə urbanizasiyanın da təsiri var – şəhərdə daha çox, rayonda isə daha az sataşırlar. Rayonda hansısa nəslin nümayəndəsi başqa bir nəslin nümayəndəsini tanıyır və bilir ki, o nəslin nümayəndəsi olan xanıma sataşsa, nəsillər arasında qan tökülə bilər. Yəni mən həm də nəslimə cavabdehəm və bu senzor mənim davranışıma rayonda kənddə daha çox təsir edir. Amma bu şəhərdə belə deyil. Eyni adam Bakıdan Moskvaya gedən orada özünü eyni aparır, çünki ona görə Moskvada bütün qızlar əxlaqsızdır, həmçinin, rayondan Bakıdan gələn də elə düşünür. 

- Bütün bu problemlərdə hökümətin hər hansı bir nöqsanı varmı? 

- Sosial problemlər həmişə ikinci, üçüncü dərəcəli problemlər sayılır. Məsələn, Müdafə nazirliyi ilə Ail, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin büdcəsini götürsək kəskin fərq hiss edə bilərik. Amma bu təkcə büdcədən asılı deyil, bu gün real patriaxat, yəni kişilərin hökmü olan cəmiyyətdə yaşayırıq. Milli məclisdə, nazirlər arasında kişilər çoxdur, həmçinin qadının hüququnu qoruyan polisdə də kşilirə çoxluq təşkil edir. İstisna etmirəm ki, həmin polis, nazir və ya deputat evində də hansısa formadan zorakılıqdan istifadə edirlər. Bunlar üçün də bu hadisə adi bir şeydir, elə xanımı üçün də... Çünki o gözünü açandan görüb ki, anası atasını, qardaşı bacısını döyür, ona görə də elə hesab edir ki, bu, belə də olmalıdır. 

 -Maraqlı bir məqam da vəzifəli şəxsi məşuqəsi olan qadınlardı. Bəlkə, onları da zorakılğın qurbanı hesab etmək olar, çünki onların arzuladığı həyat cinsi istismardan keçir. 

-İstər Qərb, istər biz uzun müddət çox konservativ bir mühitdə yaşamışıq. Fərq bircə ondadır ki, 60-cı illərdə Qərbdə real seksual inqilab baş verdi. Həmin illərdə azad sevgi hərəkatları yarandı, qapalı çimərlik geyimlərini bikinilər əvəz etdi, qısa yubkalar moda girdi. Sovet ittifaqı qapalı olduğundan o inqilab sovet ölkələrinə praktiki təsir göstərmədi. Və bütün dünya o inqilabı yaşayıb, normal həyatlarına qayıdanda, SSRİ o inqilabı yaşamadı. Seksual inqilab SSRİ-nin parçalanması dövründə özünü büruzə verdi. O dövrdə məmur katibəsini məşuqə edə bilərdi, amma çox gizli, ya da elə edərdi ki, heç kim bilməsin. İndi isə doğrudan da dəb olub məşuqə saxlamaq və bunu açıq şəkildə göstərməkdən çəkinmirlər. Ümumiyyətlə, possvet məkanında seksual azadlıq bir qədər yaranıb, o cümlədən də bizdə xanımların arasında da qısa geyinmək və sərbəst həyat yaşamaq dəb alıb . İndi görürük ki, sərbsət şəkildə xanımlar kafedə də otura bilər, siqaret də çəkə bilər. Bütün bunlardan o qənaətə gəlmək olar ki, biz seksual inqilabın içindəyik, lakin onun şərq elementləri özünü göstərir.

İlqar Vəliyev