Co Bayden 2024-ə planlar qurur

Co Bayden 2024-ə planlar qurur

26-03-2021 17:05 / Bu xəbər 1264 dəfə oxundu

ABŞ Prezidenti Co Bayden növbəti prezident seçkilərində namizəd olmağı planlaşdırır.

CNN-nin martın 26-da verdiyi xəbərə görə, Bayden vəzifəsinin 65-ci günündə keçirdiyi ilk açıq mətbuat konfrasında belə deyib.

"Cavabım müsbətdir. Yenidən seçilmək üçün mübarizə aparmağı planlaşdırıram, gözlədiyim budur”, - prezident söyləyib.

Gələcək haqqında planlar qurmağı sevmədiyini bildirən Ağ Ev rəhbəri bu mövzuda gözləntiləri olduğunu da vurğulayıb.

Jurnalistlər növbəti seçkilərdə sələfi Donald Trampın yenidən ona rəqib ola bilmə ehtimalına toxunduqda ABŞ lideri özünəməxsus tərzdə cavab verib: "Bunu düşünmürəm. Sələfim... Aman Tanrım, onun üçün necə darıxıram”.