Co Bayden Putini qatil hesab edir

Co Bayden Putini qatil hesab edir

17-03-2021 18:36 / Bu xəbər 1357 dəfə oxundu

ABŞ prezidenti Co Bayden "Rusiya prezidenti Vladimir Putini qatil hesab edirsinizmi" sualına təsdiqləyici cavab verib. 

Bu barədə martın 17-də "Radio Svoboda" məlumat verib. 

Məlumata görə, Bayden bu barədə ABC telekanalının jurnalisti Corc Stefanopulosa müsahibəsində danışıb. Müsahibə zamanı Putin barədə söhbət ABŞ kəşfiyyat orqanlarının Rusiyanın ABŞ prezident seçkilərinə müdaxiləsi barədə hesabatı fonunda gedib.