Co Bayden Trampı hakimiyyəti xoşluqla təhvil verməyə çağırdı

Co Bayden Trampı hakimiyyəti xoşluqla təhvil verməyə çağırdı

17-11-2020 16:05 / Bu xəbər 779 dəfə oxundu

ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden Donald Trampı hakimiyyəti xoşluqla təhvil verməyə çağırıb. 

Bu barədə məlumatı noyabrın 17-də "CNN" telekanalı verib.

Demokratlar partiyasının təmsilçisi administrasiyanı nə qədər tez təhvil alarlarsa, bir o qədər tez və effektiv şəkildə koronavirus vaksinlərini paylaşdıra biləcəklərini deyib. 

"Əgər biz vaxtında koordinasiya qura bilməsək, yeni ölümlər ola bilər. Biz vaksinləri 300 milyon insan arasında necə bölüşdürəcəyik? Plan necədir? Bu ciddi tapşırıqdır", - deyə Bayden qeyd edib. 

ABŞ-da noyabrın 3-də keçirilmiş prezident seçkilərində namizəd olmuş Respublikaçıların partiyasının namizədi Donald Tramp rəsmi nəticələrə görə, seçkilərdə rəqibi Co Baydenə məğlub olsa da, o, nəticələri qəbul etməkdən imtina edir. 

Tramp sonuncu prezident seçkilərində ABŞ tarixində ən ciddi seçki pozuntularının baş verdiyini və seçkilərdə əslində özünün qələbə çaldığını bəyan edib.///toplum.tv