Conson: “Putinin danışıqlara başlamaq istədiyinə şübhə edirəm”

Conson: “Putinin danışıqlara başlamaq istədiyinə şübhə edirəm”

28-02-2022 11:51 / Bu xəbər 846 dəfə oxundu

Britaniya Baş naziri Boris Conson Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə danışıqlara başlamaq niyyətinin səmimiliyinə şübhə edir.

Bu barədə xarici media yazır.

Bildirilir ki, Conson münaqişəyə son qoymağa çalışmağın zəruriliyi ilə razılaşır: "Əgər Putin dayanmaq, qoşunları çıxarmaq və danışıqlar aparmaq istəsə, bu, çox yaxşı xəbərdir. Şübhələrim var… Hələ ki onun davranışlarında səmimi ola biləcəyini göstərən heç nə görməmişəm. Lakin belə bir şey varsa, biz bütün imkanlardan istifadə etməliyik”.