Consonun Rusiyaya girişi qadağan edildi

Consonun Rusiyaya girişi qadağan edildi

16-04-2022 16:06 / Bu xəbər 1570 dəfə oxundu

Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) Böyük Britaniyanın Baş naziri Boris Consona, hökumət üzvlərinə və keçmiş Baş nazir Tereza Meyə sanksiya tətbiq edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytı məlumat yayıb.

Rusiya Böyük Britaniya rəhbərliyini Ukraynadakı müharibə ətrafında "vəziyyəti gərginləşdirməkdə” və onu öldürücü silahlarla təmin etməkdə ittiham edir.

Qərara əsasən, baş nazir Boris Conson, baş prokuror Dominik Raab, xarici işlər naziri Liz Trass, müdafiə naziri Ben Uolles və keçmiş baş nazir Tereza Meyin Rusiya Federasiyasına girişi qadağan edilib.

Siyahıda həmçinin nəqliyyat naziri Qrant Şapps, daxili işlər naziri Priti Patel, maliyyə naziri Rişi Sunak, müəssisələr naziri Kvazi Kvartenq, mədəniyyət naziri Nadin Dorris, müdafiə nazirinin müavini Ceyms Hippi, Şotlandiyanın birinci naziri Nikola Sturgeon və İngiltərə və Uels üzrə baş prokuror Svella Braverman da var.

Aprelin 9-da Böyük Britaniyanın baş naziri Boris Conson Kiyevə səfər edib və prezident Volodimir Zelenski ilə görüşüb.