COVID-19-a yoluxanların sayı artdı: 309 nəfər

COVID-19-a yoluxanların sayı artdı: 309 nəfər

23-07-2022 18:47 / Bu xəbər 769 dəfə oxundu

2 nəfərin öldüyü bildirilir 

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 309 yeni yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

Bildirilir ki, Azərbaycanda indiyədək ümumilikdə 796 141 nəfər koronavirus infeksiyasına yoluxub: "Onlardan 784 653 nəfər müalicə olunaraq sağalıb, 9 735 nəfər vəfat edib, aktiv xəstə sayı 1 753 nəfərdir".

Ölkədə son sutka ərzində 3026, hazırkı dövrədək isə 7 021 193 test aparılıb.